2 TİP ŞƏKƏRLİ DİABET NƏDİR?

Tip 2 diabet nədir? Yaranma səbəbləri (Etiologiya)

Şəkərli diabet kimi tanınan Tip 2 diabet xəstəliyi, bədəndə pankreasın istehsal etdiyi insulinin səmərəsiz istifadəsi səbəbindən yüksək qan şəkəri səviyyəsi ilə xroniki (uzunmüddətli) bir xəstəlikdir.

İnsulin qlükoza enerjini bədən üçün qaynağı olan və bütün orqanların və bədən sistemlərinin davamlı işlənməsini təmin edən enerjiyə çevrilməsini təmin edir. Mədəaltı vəz (Pankreas) tərəfindən insulin istehsalının yetərli olmaması diabet və digər xəstəliklərə gətirib çıxarır.

Hormonlar, piylənmə və zərərli qidalanma, oturaq həyat tərzi, sinir amilləri və ətraf mühitə məruz qalma bu xəstəlik gedişində və inkişafında əhəmiyyətli bir rol oynayırlar.

Tip 1 və tip 2 diabet arasındakı fərq nədədir?

Tip 1 diabeti olan xəstələrin bədənində insulin istehsal olunmur. Tip 2 diabetində, bədəndə kifayət qədər istehsal edilən insulin kifayət qədər istifadə edilmir. Diabetik və ya fərqli olaraq adlandıran, metabolik cərrahiyyə, tip 2 diabetli xəstələrdə insulinin istifadəsinə kömək edə bilən əməliyyatlar həyata keçirir. Tip 1 diabet üçün sübut edilmiş cərrahi müalicə hazırda yoxdur. Tip 2 diabetin ənənəvi üsullarla yüksək dozada insulinin istifadəsinə baxmayaraq, xəstəliyin inkişafı üçün istədiyiniz nəticəyə nail olmaq hələ də mümkün deyildir. Diabet müalicəsinin klassik üsullarının elmi tədqiqatlarında müxtəlif ziddiyyətlərin sayı çoxdur. Digər tərəfdən, dərman müalicəsində lazım olan təsiri əldə etmək üçün, diabet xəstələrinin pəhriz və fiziki məşqlərə dair tövsiyələrə ömür boyu riayət etmələri mümkün deyil.

Tip 2 şəkərli diabetin meyarları

Tip 2 diabetin simptomları müxtəlifdir. Diabet hiyləgər bir xəstəlikdir. Hər hansı bir metabolik xəstəlikdə olduğu kimi, diabet əlamətləri dərhal görünmür. Diabetin ümumi simptomları aşağıdakılardır.

  • Tez-tez sidiyə çıxma
  • susuzluq hissi
  • Daimi quru ağız
  • Daimi aclıq hissi
  • Yaraların gec sağalması
  • Cinsi zəiflik
  • Quru dəri və qaşınma
  • Tez-tez infeksiyaya yoluxma
  • Əllər və ayaqların titrəməsi və qarışka yerişi hissiyatının olması.

Tip 2 şəkərli diabet inkişaf etdikcə bədəndə hansı dəyişiklər baş verəcər?

İllər ərzində diabet inkişaf edir və klassik müalicə üsulları ilə qan şəkərinin səviyyəsinin düzgün tənzimləmək mümkün olmur. Tip 2 diabetin müalicəsində ən vacib məqam daxili xəstəliyin orqanizmə zərərinin qarşısını almaqdır. Diabet daxili orqanlara təsir edir, qan damarlarının divarlarına zərər verir. Fərqli xəstələrdə müxtəlif orqanların damarları zədələnir: ürək, sinir sistemi, böyrəklər, gözlər, periferik sinirlər cinsi problemlər (erkən boşalma,ereksiya) ilə əlaqədar problemler meydana çıxa bilər. Diabet müalicə edilmədikdə, zaman keçdikcə daha ağır dərəcədə orqanların funksiyası pozulur.

Tip 2 şəkərli diabet necə inkişaf edir?

Xəstədə damar zədələnməsi hələ diabet diaqnozu qoyulmadan öncə başlayır. Diaqnoz qoyulduqdan sonra xəstənin əksəriyətində artıq bir neçə il əvvəl başlamış damar zədələnməsi ilə bağlı problemlər mövcud olur. Lakin xəstəlik yavaş gedişə malik olduğundan toxuma zədələnməsinin nəzərə çarpacaq səviyəyə çatması üçün illər tələb olunur. Bu illər ərzində xəstənin çoxu klassik üsullara müalicə edildikdə pəhriz və idman tətbiq edilmədiyindən şəkər xəstəliyinin nəzarəti mümkün olmur. Bununlada xəstə yuksək şəkər göstəricisinə öyrəşir. Zədələnmələr sanki problem yaratmır, həmçinin yüksək şəkər göstəriciləri problem hesab edilmədiyindən problem dərinləşir. Bəzi xəstələrdə isə sadə müalicənin belə ilk günlərdən ciddi qəbul edilməməsi və şəkər nəzarətinin başlı başına buraxılması qısa müddətdə təhlükəli nəticəyə səbəb olur. Qorxulusu odur ki bu müddət ərzində orqanizmin malik olduğu insulin ehtiyatı azaldığından əməliyyat şansı azalır, bəzən isə itirilmiş olur. Tipki diabet müalicəsində tədbiq edilən cərrahi əməliyyatın tətbiqinə maneə olan bu hallar ayrıca bir mövzudur.

Tip 2 diabet üçün cərrahi müalicə var mı?

Yeni olmasada son vaxtlar tez tez qarşılaşdığımız və diqqət çəkən bir konseptdən bəhs edəcəyik. Bu mövzu yeni nəsil həkimlərinin belə təsəvvür etmədiyi metodlardan bəhs edərək xroniki xəstəliklərə baxış bucağımızı metobolik cərrahi əməliyyatlar ilə dəyişdirilmişdir. 2-ci tip şəkərli diabet mellitus orqan itirilməsinə gətirib çixaran nəticələri ilə qlobal əhəmiyyət kəsb edən xroniki xəstəlikdir. Adından göründüyü kimi xroniki xəstəlik olaraq bu vaxta qədər bütün müalicə metodlara əsasən qanda şəkərin səviyyəsinin normada saxlanmasına yönəldilmişdir. Lakin hazırda bəzi əməliyyatla 2-ci tip şəkərli diabet xəstəsində insulin tədbiqinə ehtiyac görməyən metodlardan behs edəcək mərhələyə gəlmişik. Hətta  tək şəkərli diabet deyildiyi zamanda metobolik xəstələrdə də dərman müalicəsi ilə nəticə əldə etmədiyimiz hallarin birdəfəlik aradan qalxmasında nailiyyət hesab edilə bilər. Bəzi xroniki xəstələrə bu yolla müalicənin tədbiq edilməsi hesabına xəstələrin öz sağalmağını hiss etdikləri əhəmiyyətli dəyərlər həkimlərdə də sevinc doğurur.

Təsəvvür edin …

İnsulin istifadə edən şəkərli diabet xəstəsi hər gün eyni saatlarda yemək yemək , həmin yeməyə görə insulin dozasını nizamlamaq,hər getdiyiniz yerə özünüzlə insulin və digər dərmanlarınızı aparmaq və bəzi hallarda özünüzə iynə vurmaq, üstəlik barmağınızı deşərək qanda şəkərin səviyyəsini ölçmək məcburiyyətindəsiniz. Hər getdiyiniz həkim sizə mütləq çəki atmağı tövsiyyə edir. Hətta o qədər deyir ki, növbətdi yoxlanışlara getməyə utanırsınız, digər tərəfdən isə insulin istifadəsinin kökəlməyə səbəb ola biləcəyi haqqda məlumatınız yoxdur. Xəstəliyin fəsadlarına daim məruz qalır və bu fəsadların qarşısını almaq üçün vahid bir yol yoxdur. Pəhriz cəhdləriniz tez tez düşən və qalxan qan şəkəri ilə əlaqədar faydasız olur. Buna baxmayaraq xəstəliklə mübarizə aparmanız şəkərli diabetin sağalmayacağını biləndə müxtəlif kurslarla pəhrizlərə davam edirsiniz. Buna baxmayaraq qanda şəkərin yuksək səviyyəsi öz işini görur. Hər növbəti müayinədə həkim yeni bir problemin başladığını deyir. Əvvələr eşitdiyiniz amma əhəmiyyət vermədiyiniz bir çox məlumatların doğru olduğunun şahidi olursunuz. Məsələn xroniki böyrək catişmazlığı xəstənin çoxunun 2-ci tip şəkjərli diabet xəstəsi olan sizin üçün adi bir məlumatdir.

Nə edərdiniz?

Əvvələr bu kimi hallarda ciddi pəhriz, idman məşqləri və dərmanların vaxtı vaxtında qəbulu ilə mövzunu bağlamaq olardı. Hazırda isə metobolik cərrahiyə ilə əldə etdiyimiz naliyyətlər  bizə yeni üfüqlər açır.

Bir əməliyyat ilə ikinci tip şəkərli diabet müalicə oluna bilər mi?

Niyə də olmasın, artıq ola bilər. İndi insanın müqaviməti səbəbi ilə və ya orqanizmdə insulinin normal istifadəsi mümkün olmayan hallar ilə əlaqədar qanda şəkərin səviyyəsinin yuksək olmasına qarşı əlimizdə daha çox üsül var. Standart yanaşmada insulinin məsuliyyətsiz istifadə edən xəstələrdə başqa bir dərman əlavəsi ilə insulini artırma strateqiyasından uzaqlaşmışıq.  Bağırsağın nizamlama təsirinə elmi yanaşmaya başladığımız vaxtda “İnkretin” adını verdiyimiz hormonların təsirini sevməyə başladıq. Əczaçılıq sənayəsi də fəaliyyətsiz qalmadı. İnsulin təsirini artıran inkretini GLP-1 adı ilə istehsal etməyə başladı. Yeni nəsil diabet dərmanları insulinin təsirini artıraraq bizim də əməliyyatla nəzərdə tutduğumuz təsir yollarını təmin edərək klassik müalicə metoduna görə daha çox faydalı olduğunu sübut etmişdir. Əməliyyat ilə bu hormonun orqanizmə kənardan qəbuluna ehtiyac qalmadan mədə və nazik bağirsağa tədbiq edilən metodların cərrahi metodları ilə bu hormon qrupunun təsirini artırmaqdan, insulinin orqanizə təsirindən daha effektiv istifadəsinə şərait yaradan bir çıxış yoludur.

Beləliklə cavabımız: Bəli!

Bu haqqda sadəcə bu qədər mi danışmaq olar?

 Xeyr! Bu əməliyyatla yüksək qan təzyiqi, yüksək xolesterin, kişilərdə cinsi fəaliyyət və hətta ağciyər problemləri də böyük pozitiv təsir göstərə bilər. Qapalı üsulla içra edilən, bir necə gündən sonra normal həyat fəaliyyətinə qayıtmağa imkan verən, bir əməliyyatla 2-ci tip şəkərli diabet və bir çox xroniki xəstəlikdən xilas olmaq mümkündür. Bu qətiyyən zarafat deyil.

Başqa sözlə desək, 2 tip diabetdən və bir çox xroniki xəstəlikdən qapalı şəkildə həyata keçirilən və bir neçə gün içində sizi normal həyatınıza qaytarılan bir əməliyyatdan qurtara bilərsiniz və bu bir QƏRIBƏ DEYIL.

Tip 2 diabet xəstəliyi əməliyyatları, xəstəliyin hansı mərhələsində icra olunur?

Hər şəkər xəstəsi əməliyyat edilmir. Əməliyyat qərarı əsasən digər metodlarla şəkər kontrolunun mümkün olmama və ya şəkərli diabet ilə əlaqədar orqan zədələnməsinin əlamətləri olduğu halda verilir. “II-ci tip şəkərli diabet” xəstəsinin əməliyyata uyğun olub olmadığı, əməliyyatdan nə qədər fayda görəcəyi kimi amillərlə bağlı qərar vermək üçün insulin ehtiyatinin, şəkərli diabetin orqanların potoloqiyasının nəzərə alınması zəruridir.

Orqan zədələnməsi baş vermədən əvvəl diabet cərrahiyəsinin tədbiqi, orqanları qorumağı asanlaşdırır.

METABOLİK CERRAHİYƏSİ (ŞƏKƏRLİ DİABET CERRAHİYƏSİ)

Metabolik (diabet cərrahiyyəsi) cərrahiyyə əməliyyatı nədir?

II-ci tip diabet xəstəsinin klassik müalicə metodları ilə müalicə edilməsinin qeyri mümkünlüyü  səbəbi ilə tətbiq edilən metobolik cərrahi əməliyyatlari adı altında qeyd olunur. Bu əməliyyatlar əsasən mədə və bağırsağlarda laparoskopik (qapalı) üsülla həyata keçirilir. Şəkər xəstəsinin damarlara və bu yollarda bütün orqanlara tədricən zərər verməsi ilə əlaqədar illər ərzində xəstədə xəstəliklə bağlı həyat tərzinə cevrilir. Həyat tərzini dəyişmək elədə asan olmur. Ömür boyu dərmandan aslı qalacaq xəstə sayı durmadan artır. Şəkər xəstəliyinin törədəcəyi fəsad və ağırlaşmalar qaçınılmaz görünür. Doktor Recep Aktimur ilə görüşəndən sonra əməliyyatın uyğun olub olmaması müəyyənləşdirir və metobolik cərrahi əməliyyat baradə qərar verirş Yeni həyata ilk addım bu şəkildə atılmış olur. Daha sonra yeni həyatda nələr edəcəyiniz barədə xəyal qurmaq qalır.

Metabolik cərrahiyyənin riskləri və faydaları nələrdir?

Diabet cərrahi əməliyyatları xəstələrə nə qazandırır?

Diabet cərrahi əməliyyatının 10 illik müddətində xəstələrin 90% insulin və digər antidiobetik dərman preparatlarına ehtiyac olmadan qanda şəkər səviyyəsinin nəzarət altında saxlanması barədə məlumat öz təsirini tapmışdır. Şəkər xəstəsinin görə biləcəyi orqan zədələnməsinin də qarşısının alındığı bilinməktədir.

Diabet cərrahiyəsi yüksək qan təzyiqi, yüksək xolesterin və yuxu aproesi (boğulması) üzərində təsiri də sübut olunmuşdur.

Diabet cərrahiyəsi əməliyyatları eyni zamanda xəstənin ideal çəki göstərişinə yaxınlaşmasını təmin etməklə yanaşı yuxu zamanı boğulmalar yəni yuxu apnoesi və yüksək qan təyziqi kimi həyat keyfiyyətinə mənfi təsir göstərən xəstələrə qarşı pozitiv təsir göstərir.

Diabet cərrahiyyəsi hipertoniya, yüksək xolesterol və yuxu apnoesiqarşı da effektivdir!

Diabetik cərrahiyyə əməliyyatları (metabolik cərrahiyyə) xəstələri ideal cəkisinə daha yaxınlaşdırır və hipertoniya, yüksək xolesterol və yuxu apnoesi kimi həyat rahatlığını azaldan xəstəliklərə faydalı təsir göstərir.

Əməliyyatlar təhlükəlidir mi?

Bu əməliyyatlarda problem yaranma halları 10%-dən aşağıdır. Əməliyyatdan sonra ki erkən dövrdə qanaxma, infeksiya, narkozla bağlı problemlərin meydana çıxacağı ehtimalı olduğu halda, əməliyyatdan daha çox müddət keçdikdən sonra nadir hallarda yırtıqlar, ihsal, öd kisəsində daş əmələ gəlməsinə rast gəlinir.

Bizim tərəfimizdən edilmiş əməliyyatlarda isə problem göstəriciləri daha az olmuşdur. 

Xəstəliyin hansı mərhələsində metabolik cərrahiyyə əməliyyatlar icra edilir?

Qeyd etdiyimiz kimi klassik müalicə metodları  effekt vermədikdə və şəkər xəstəliyi diyaqnozu orqan zədələnməsi əlamətləri meydana gəldikdə əməliyyat qərarı verilir.

Əməliyyat necə icra edilir? Məqsəd nədir?

Laporoskopik (qapalı) icra edilən bu əməliyyatlar qarın nahiyəsində bir sm uzunluğunda  4 və ya 5 kiçik dəlikdən həyata keçrilir. Tətbiq edilən bütün metodlarda nazik bağırsağın yuxarıya doğru yer dəyişməsi ilə qidalanan bağırsaqla vaxtından əvvəl təmənnası təmin edilir. Bunun sayəsində isə nazik bağırsaqdan ifraz edilən və insulini daha effektiv hala gətirən hormonlar aktivləşdirilir.

Metabolik cərrahiyyə ilə şəkər xəstəliyindən birdəfəlik xilas olmaq mümkündür mü?

3 aylıq şəkər göstəricisinə baxıldıqda,əməliyyatların icra edildiyi 10 ildə xəstələrin 90%- də insulinə ehtiyac qalmadan qanda şəkərin səviyyəsinə nəzarət, bununlada orqan zədələnməsinin bacardıqca gecikməsi əsas məqsəddir. Diqər tərəfdən yaşla əlaqədar maddələr mübadələsində baş verən deyişiklər müəyyən vaxtdan sonra əməliyyatın təsirini azaldır. Əməliyyat orqanizmdə insulin ehtiyatını daha effektiv sərf etməyə xidmət etsədə insulin ehtiyatının bitməsi ilə əməliyyatın faydalarınında qurtaracağı barədə məlumatınız olmalıdır. Beləliklə diabet cərrahiyəsinin əsas məqsədi mümkün qədər gecikdirməkdir

Əməliyyatdan sonra bir pəhrizə ehtiyac yoxdur.

Əməliyyatdan əvvəl II-tip şəkərli diabet diaqnozunun qoyulmasında hansı meyarlar əsas götürülür?

Qanda şəkərin səviyyəsinin standart 100 mg/dl-dən az olmamalıdır. Bu qrpdan olan insanlar  prodiabet kimi qəbul olunur. Yəni bu qrupa diabet demək olmaz. Lakin xəstə diabetin bir addımlığındadır və çox keçmədən II-ci tip diabet olmaq ehtimalı yüksəkdir. Bir insana II-ci tip diabet diaqnozu qoymaq üçün acılıq qan şəkərinin 126 mg/dl-dən yüksək olmalıdır. Bu xəstələrin 2 saatlıq şəkər yüklənmə sınağında, yəni OGTT -də 2-ci saatda qanda şəkərin səviyyəsi 200 mg/dl-dən daha çox olacaqdır. Bu halda II-ci tip şəkərli diabet diyaqnozu qoyulması üçün bu qöstəricilərdən birinin olması kifayyətdir.

1) FPH (Aclıq qan şəkərini) ≥ 126 mg/dl.

2) OGTT (şəkər yükləmə testinin 2 saatlıq göstəricisi) ≥ 200 mg/dl.

 Qlikohemoqlobin (HbA1c) nədir?

Hemoglobin (Hb) qan eritrositlərində olan oksiqen daşıyan bir zülaldır. Qandaki bir qrup zülalkar ilə qanda olan şəkərin səviyyəsinə görə qlükoza isə əhatələnir. Başqa sözlə desək örtülür. Qlükoza ilə örtülmüş bu hemoqlobinlərə qlikolizə hemoqlobin mənası verən HbA1c adı verilir. Şəkər xəstəsi olmayan insanlarda belə molekul olur. Ancaq bütün hemoqlobin kütləsinin payı 6,5 %-dan az olur. HbA1c göstəricisi qanda şəkərin son 3 aydaki səviyyəsinin göstəricisidir. HbA1c ≥ 6,5 % deməli xəstə şəkərli diabetdir. Əgər HbA1c 5,7 – 6,5%-sə tip II diabet inkişaf riski çox yüksəkdir.

Əməliyyatdan qorxmalıyam mı?

Əməliyyat dedikdə bir çox xəstənin təsəvvüründə skalpel ilə aparılan böyük həcimli əməliyyatlar canlanir. Metobolik cərrahiyə əməliyyatı isə qapalı üsülla aparıldığı üçün əməliyyatdan qorxan bir çox xəstələr əməliyyata qərar verməyə o qədərdə çətinlik çəkmirlər. Dos. Dr. Recep Aktimurun cərrahi əməliyyatda tədbiq etdiyi xüsusi texnika ilə xəstələr əməliyyatdan bir gün sonra evə yazılırlar.

Hər xəstədə eyni müvəffəqiyyət əldə etmək mümkündür mü?

İnsulin ehtiyati və aktivliyi yuksək olan xəstələr əməliyyatdan daha çox fayda görurlər. Bir sıra hallarda insulin ehtiyatı müəyyən göstəricidən aşağı olduqda, əməliyyatın faydasının aşağı olacağı ehtimalını nəzərə alaraq əməliyyat məsləhət görülmür. Əməliyyatın faydası hemdə hormonal deyişikliklərlə sıx əlaqədardır çünki, şəkər xəstəsinin adicə əsəbləşməsi və ya kədərlənməsi qanda şəkərin səviyyəsinə təsir edə bilər.

Əməliyyatdan sonra məni nə gözləyir?

Laparoskopik (qapalı) üsülla aparılan əməliyyatda xəstə komforu əsas hesab edilir. Qapalı əməliyyatın üstünliklərinə əlavə olaraq bu əməliyyatdan sonra tərəfimizdən tədbiq edilən “sürətləndirilmiş” sağalma protokolları hesabına xəstə komfortu yüksəldilərək normal həyata qayıtma müddəti qısaldılmışdır. Bu protokollara göeə əməliyyat zamanı burundan taxılan zondlar, drenajlar,sidik kateterləri taxılmır. Əməliyyatdan 4 saat sonra su qəbulu başlanılır və xəstə əməliyyatdan 1 gün sonra evə yazılır. Hər hansı bir xüsüsi qidaya ehtiyac olmadan bir həftə duru qida qəbulundan sonra normal qidaya keçirilir. Əməliyyatda sonra qəbul olunan qidanın miqdarında məhdudiyyət qoyulmur. Əməliyyatın məqsədlərinnəndə biri budur ki, hamının sağlam və yol verilən miqdarda qidalanmaya riayət etmələri zəruridir. Normal qidaya keçid bir neçə aya qədər uzana bilər. Bu müddətdə orqanizm şəkər xəstəliyindən xilas olmağa və xəstələrin özlərini əvvəlkinə nisbətən daha sağlam və yenilənmiş hiss edməyə şərayit yaradan proseslər gedir. Əməliyyatdan sonra ki uyğunlaşma periodunda qanda şəkərin səviyyəsində dəyişikliklər ola bilər. Bu müddətdə tərəfimizdən xəstənin davamlı kontrolu həyata keçirilir. Tipiki diabet əməliyyatından sonra 1 il ərzində mutlivitamin qəbul etmək tövsiyə olunur.

METABOLİK CƏRRƏHİYYƏ ƏMƏLİYYƏT GÜNÜ VƏ SONRASI

Zəruri müayinə və hazırlıqlar aparıldıqdan sonra xəstəyə əməliyyat günü təyin olunur. Əməliyyat təxminən 45 dəqiqə davam edir. Əməliyyatdan sonra xəstənin sonraki nəzarəti və istirahəti üçün palataya yerləşdirilir. Laporoskopik  (qapalı) üsülla icra edilən əməliyyatlarda xəstə komfortu əsas götürülməklə, sürətləndirilmiş sağalma protokolu hesabına xəstələr əməliyyatdan bir gün sonra evə buraxılır. Xüsusi qidalara ehtiyac olmadan həkim nəzarətində olan xəstələrin 1 il müddətində multivitamin qəbul etməklə, normal qidaya keçməsi bir necə ay çəkə bilər. Xəstələr əməliyyatdan sonra yeni həyat tərzinə uygunlaşmaqla əvvəl edə bilmədikləri bir çox şeyi edə bilirlər. Xəstələrin həyat keyfiyyətləri əməliyyatdan sonra sürətlə artır. Daha kefiyyətli həyat tərzi üçün isə sağlam qidalanma, yuxu rejiminə riayət, idman məşğuliyyəti insan sağlamlığı üçün əhəmiyyətlidir.

Bu məlumatı paylaşa və cəmiyyətimizin şüuruna qatqı təmin edə bilərsiniz.

SİZİ ARAYALIM

Yanıtını aradığınız tüm sorular için; numaranızı bırakın, sizi arayalım.